Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu keçirilib.
Ucnoqta.az xəbər verir ki, Barselonada baş tutan matçda İspaniyanın "Barselona" komandası İngiltərənin "Mançester Yunayted"i ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb.
"Barselona"nın heyətində Markos Alonso (50-ci dəqiqə), Rafinya (76-cı) fərqlənib. “Mançester Yunayted”dən isə Markus Raşford (53) və İspaniya komandasının müdafiəçisi Jül Kunde (59) öz qapısına qol vurub.