Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyunları keçirilib.
Ucnoqta.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” Bakıda Belçika "Gent"i ilə qarşılaşıb.
Ramil Şeydayev oyunun 52-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.
Oyun "köhlən atların" üstünlüyü şəraitində keçib. Nəticədə matçın 78-ci dəqiqəsində Leandro Andrade topu rəqib qapısından keçirib (1:0).
Oyun bu hesabla da başa çatıb.
Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 23-də keçiriləcək.
Konfrans Liqası
Pley-off mərhələsi
İlk oyun
16 fevral
21:45. “Qarabağ” (Azərbaycan) – “Gent” (Belçika) - 1:0
Qol: Andradi, 78
Baş hakim: Məhəmməd Əl-Hakim (İsveç)