Fransanın PSJ klubu parislilərlə müqaviləsi cari mövsümün sonunda başa çatacaq ulduz argentinalı hücumçusu Lionel Messi ilə müqaviləni uzatmaq üçün hazırlaşmır.
Ucnoqta.az xəbər verir ki, bu barədə RMC Sport nəşri məlumat yayıb.
Parislilər argentinalının komandada qalmasını istəsələr də, PSJ Messini heyətdə saxlamaq naminə heç bir şərt yerinə yetirməyə hazır deyil.
PSJ rəhbərliyi digər klub lideri, hücumçu Kilian Mbappe ilə müqavilənin uzadılması ilə bağlı ötənilki vəziyyətin təkrarlanmasını istəmir. Qeyd edək ki, Paris komandası fransalının "Real Madrid"ə keçməməsi üçün onun xeyrinə bir sıra güzəştlərə gedib.
Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, Messi PSJ ilə müqaviləni uzatmağa hazır deyil və karyerasını davam etdirmək üçün başqa variantları nəzərdən keçirir.