İsmayıllı rayonunun Quşencə kəndi ərazisindəki meşə sahəsində vələs ağaclarının kəsilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində həmin ağacların kənd sakini Coşqun Mitəlov tərəfindən kəsildiyi müəyyən edilib və onun izahatı alınıb.
Faktla bağlı şöbənin təhqiqat bölməsində araşdırma aparılır.