UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində 2021/22-ci il mövsümü üçün ayırdığı maliyyə vəsaiti Azərbaycan Premyer Liqasında çıxış edən yeddi kluba ödənilib.
Ucnoqta.az xəbər verir ki, vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
Məlumata görə, "Neftçi", "Zirə", "Qəbələ", "Sabah", "Sumqayıt", "Şamaxı" və "Səbail"in hər birinə 271 428 avro ödənilib.