““Media sahəsində aparılan islahatlar sürətlə davam edir” - Əhməd İsmayılov

11:55 - 16 Fevral 2023 - MEDİA

“Media sahəsində aparılan islahatlar sürətlə davam edir. Bunun əsas hissəsi cəmiyyətlə düzgün kommunikasiyanın qurulmasıdır”.

Ucnoqta.az xəbər verir ki, bunu “Effektiv kommunikasiya” mövzusunda təlim-seminarda Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

Onun sözlərinə görə, hazırda jurnalistlərin peşəkarlığının artırılması istiqamətində işlər həyata keçirilir:

"Müvafiq dövlət orqanlarının əməkdaşları üçün təlimlər təşkil olunur. Media savadlılığının artırılması üçün də vacib addımlar atılır".

Ə.İsmayılov qeyd edib ki, tədbirlərdən bəhrələnərək neçə belə uğurlu layihələr həyata keçirə bilərik:
“Öz təcrübələrimizi sizinlə bölüşməyə hazırıq”.

Qeyd edək ki, təlim-seminarı Elm və Təhsil Nazirliyi Medianın İnkişafı Agentliyi ilə birgə keçirir.

Xəbər xətti