"Barselona" La Liqadan kənarlaşdırıla bilər

01:03 - 16 Fevral 2023 - İDMAN

"Barselona" İspaniya Hakimlər Komitəsinin vitse-prezidentinə 1,4 milyon avro ödəməkdə ittiham olunur.

Ucnoqta.az xəbər verir ki, İspaniya Kral Futbol Federasiyasının Texniki Hakimlər Komitəsinin vitse-prezidenti Xose Mariya Enrikes Neqreira 2016-2018-ci illərdə “Barselona”dan məsləhət xidmətləri üçün 1,4 milyon avro alıb. Klub La Liqadan kənarlaşdırıla bilər.

İspaniya Kral Futbol Federasiyasının Hakimlər Texniki Komitəsinin keçmiş vitse-prezidentinə pul ödəməsi iddialarına görə "Barselona"nı İspaniya çempionatının yüksək divizionundan kənarlaşdırmaq və ya xalların silinməsinə qədər ciddi cəzalar gözləyə bilər.

Neqreyra 1994-2018-ci illərdə RFEF-də bu vəzifəni tutub. 2016-2018-ci illər arasında Barselona prokurorluğunun məlumatına görə, Barselona ona məxsus DASNIL 95 adlı şirkətə 1,4 milyon avro ödəyib.

Xəbər xətti