Samuxda ətraf mühiti çirkləndirən 13 nəfər cərimələndi - Foto

14:37 - 15 Fevral 2023 - ÖLKƏ İÇİ

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirləri nəticəsində rayon 14 nəfər sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibirli ov tüfəngləri aşkar edilərək götürülüb. Həmin silahlar müvafiq ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanuna müvafiq tədbir görülüb.

Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib. Bundan başqa Polis Şöbəsinin əməkdaşları tərəfindən məişət tullantılarının urnalardan kənara atılmasının qarşısının alınması məqsədilə rayon ərazisində reyd keçirilib.
Keçirilən tədbirlər zamanı bəzi şəxslər tərəfindən ətraf mühitin çirkləndirilməsi halları ilə bağlı 13 fakt aşkarlanıb. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunaraq hər biri 50 manat məbləğində cərimələnib.

Xəbər xətti