Xankəndi-Laçın yolunda etiraz aksiyası 66 gündür davam edir

08:43 - 15 Fevral 2023 - ÖLKƏ İÇİ

Xankəndi-Laçın yolunda QHT təmsilçiləri və ekofəalların etiraz aksiyası 61 gündür davam edir.

Ucnoqta.az xəbər verir ki, havanın soyuq və şaxtalı keçməsinə baxmayaraq aksiya ötən gecə boyu da davam edib. Aksiya iştirakçıları Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına son qoyulmasını tələb edirlər.

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına və BQXK-ya məxsus çoxsaylı avtomobillər maneəsiz olaraq hərəkət edirlər. Bu da yolun humanitar məqsədlər üçün açıq olduğunu göstərir.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Etirazçıların əsas tələbləri azərbaycanlı mütəxəssislərin montorinq aparması üçün lazımi şərait yaradılması, Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması,  Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Xəbər xətti