İsmayıllıdan Türkiyəyə humanitar yardım göndərilib - Foto

14:32 - 14 Fevral 2023 - ÖLKƏ İÇİ

İsmayıllı rayon İcra Hakimiyyəti qardaş ölkə olan Türkiyənin cənub-şərqində baş vermiş zəlzələ nəticəsində zərər çəkənlərə humanitar yardım göndərib.

 İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun tapşırığına uyğun olaraq yolasalma mərasimində icra başçısının birinci müavini Mahmud Süleymanov və Aparatın məsul əməkdaşları iştirak ediblər.

Humanitar yardım fevral ayının 13-ü axşam saatlarında Bakı şəhərindən qardaş ölkəyə yola salınıb. Qeyd edək ki, humanitar yardıma 20 çeşid müxtəlif qida və ərzaq məhsulları, zəruri olan istilik cihazları-generatorlar, isti geyimlər, yataq dəstləri daxildir.

Xəbər xətti