İlon Mask “Mançester Yunayted”in sahibi ola bilər.
Ucnoqta.az Daily Mail-ə istinadən xəbər verir ki, "SpaceX"in təsisçisi klubun satışı ilə bağlı vəziyyəti diqqətlə izləyir.
Xatırladaq ki, ötən ilin noyabrında 2005-ci ildən “Mançester Yunayted”in sahibi olan Qleyzer ailəsi klubu satmaq niyyətində olduğunu açıqlamışdı.
"Mançester Yunayted" üçün təklifin təqdim edilməsi üçün "yumşaq son tarix" fevralın 17-nə təyin edilib.
Keçən ilin avqustunda Mask artıq “Mançester Yunayted”i almaq niyyətində olduğunu bildirsə də, sonradan onun açıqlamasını zarafat adlandırıb.