"PSJ"nin ulduz hücumçularından biri yay transfer pəncərəsində komandanı tərk edə bilər.
Ucnoqta.az "Le Parisien"ə istinadən xəbər verir ki, Paris klubunun rəhbərliyi braziliyalı Neymarı satmağı düşünüb.
Fransa çempionu yaxşı pul təklifi alacağı təqdirdə 31 yaşlı cənubi amerikalı ilə ayrılmağa hazırdır.
Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Hücumçu bu mövsüm klubda 27 oyuna çıxıb, 17 qol vurub, 16 məhsuldar ötürmə edib.
Braziliyilanın transfer qiyməti 75 milyon avro olaraq qiymətləndirilir.
Emin