Ermənistanın sabiq müdafiə naziri, “Ermənistan” fraksiyasının lideri Seyran Ohanyana qarşı ittiham irəli sürülüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Xatırladaq ki, fevralın 8-də parlament Ohanyanı deputat toxunulmazlığından məhrum edib və ona qarşı cinayət təqibinə icazə verib.
Seyran Ohanyan külli miqdarda mənimsəmədə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Emin