Ucnoqta.az
www.ucnoqta.az

Ermənistanın keçmiş müdafiə nazirinə ittiham irəli sürüldü

13:21 - 13 Fevral 2023 tarixində dərc olunub.

Ermənistanın sabiq müdafiə naziri, “Ermənistan” fraksiyasının lideri Seyran Ohanyana qarşı ittiham irəli sürülüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. 

Xatırladaq ki, fevralın 8-də parlament Ohanyanı deputat toxunulmazlığından məhrum edib və ona qarşı cinayət təqibinə icazə verib.

Seyran Ohanyan külli miqdarda mənimsəmədə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Emin

Müəllif: