Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə XİN-nin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
F.Qurbanov 2004-2007-ci illər ərzində Azərbaycanın Kanadadakı səfiri işləyib.
2007-2014-cü illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfir vəzifəsini tutub.
Sonra Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfir işləyib.