Ucnoqta.az
www.ucnoqta.az

XİN-in xüsusi tapşırıqlar üzrə səfiri vəfat edib

13:05 - 13 Fevral 2023 tarixində dərc olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə XİN-nin sosial şəbəkə hesabında məlumat paylaşılıb.

 F.Qurbanov 2004-2007-ci illər ərzində Azərbaycanın Kanadadakı səfiri işləyib.
2007-2014-cü illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfir vəzifəsini tutub.

Sonra Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfir işləyib.

Müəllif: