Mərakeşdə keçirilən turnir "Real Madrid" "Əl-Hilal"ı məğlub edərək tarixində 5-ci dəfə Klublararası Dünya Kubokunu qazanıb
Ucnoqta.az xəbər verir ki, Madrid klubu "Əl-Hilal" klubunu darmadağın edib. Görüş 5:3 hesabı ilə başa çatıb
Qaliblər sırasında qolları Vinisius Junior (13-cü və 69-cu dəqiqələr), Federiko Valverde (18, 58) və Kərim Benzema (54) vurub. "Əl-Hilal"dan Mussa Mareqa (26) və Luçano Vietto (63, 79) qola imza atıblar.
Üçüncü yer uğrunda görüşdə Braziliya “Flamenqo”su Misirin “Əl-Əhli” komandasına 4:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Real Madrid" daha əvvəl dörd dəfə (2014, 2016-2018) Klublararası Dünya Çempionatının qalibi olub.