Ötən həftə Almaniya klubunun kapitanı Manuel Noyer “The Athletic”ə müsahibəsində qapıçılar üzrə məşqçi Toni Tapaloviçin “Bavariya”dan qovulmasından narazılığını bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
“Mən hiss etdim ki, ürəyim parçalanıb. Bu, karyeramda başıma gələn ən qəddar hadisədir”, - deyə Noyer bildirib. Qapıçının sözlərinə görə, "Bavariya"nın bir çox futbolçusu onunla razılaşıb.
"Bavariya"nın direktoru Oliver Kan bildirib ki, Noyerin sözləri "klubun dəyərlərinə və komandanın kapitanı tituluna uyğun deyil".
Narazılığını ifadə etdiyinə görə Noyer 1,6 milyon avro məbləğində cərimələnə bilər.
Noyer ötən ilin dekabrında xizək sürərkən ayağını sındırıb və mövsümün qalan hissəsini yaşıl meydanlardan kənarda qoyub. Bu səbəbdən "Bavariya" isveçrəli qapıçı Yan Sommerlə müqavilə imzalayıb.