Türkiyədən Azərbaycan vətəndaşlarını təxliyə edən növbəti avtobus Bakı Beynəlxalq Avtovağzalına çatıb.
Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, bu avtobusla 47 nəfər Vətənə qayıdıb. Bu, zəlzələdən sonra Türkiyədən vətəndaşlarımızı təxliyə edən sayca yeddinci avtobusdur.
Bu gün təxliyə edilənlərin əksəriyyəti tələbələrdir.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7, Elbistan rayonunda 7,6 bal gücündə zəlzələdən sonra həlak olanların sayı 17 674 nəfərə çatıb. Yaralıların son açıqlanan sayı isə 72 879 nəfərdir.
Ərazilərdə axtarış-xilasetmə əməliyyatları və insanların təxliyəsi davam edir.