Xankəndi-Laçın yolunda QHT təmsilçiləri və ekofəalların dekabrın 12-dən başlayan etiraz aksiyası 61 gündür davam edir.
Ucnoqta.az xəbər verir ki, aksiya iştirakçıları havanın soyuq və şaxtalı olmasına baxmayaraq Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına son qoyulmasını tələb edir, şüarlar səsləndirirlər. Aksiya ötən gecə boyu da davam edib.
Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarına və BQXK-ya məxsus avtomobillər maneəsiz olaraq hərəkət edirlər. Bu da yolun humanitar məqsədlər üçün açıq olduğunu göstərir.
Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Etirazçıların əsas tələbləri azərbaycanlı mütəxəssislərin montorinq aparması üçün lazımi şərait yaradılması, Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.