Biləsuvar rayonunda yol qəzası baş verib.
Ucnoqta.az xəbər verir ki, rayonun Xırmandalı kəndində baş verən qəza nəticəsində 1963-cü il təvəllüdlü Əlinəsib Abdullayev, 1974-cü il təvəllüdlü Natəvan Quliyeva, 1999-cu il təvəllüdlü Sənan Abdullayev və 1999-cu il təvəllüdlü Davud Əlizadə xəsarət alıb.
Xəsarət alanlar rayon xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.