Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda yol qəzası olub - <font color=red><b>xəsarət alanlar var</b></font>

21:25 - 9 Fevral 2023 tarixində dərc olunub.

Biləsuvar rayonunda yol qəzası baş verib.

Ucnoqta.az xəbər verir ki, rayonun Xırmandalı kəndində baş verən qəza nəticəsində 1963-cü il təvəllüdlü Əlinəsib Abdullayev, 1974-cü il təvəllüdlü Natəvan Quliyeva, 1999-cu il təvəllüdlü Sənan Abdullayev və 1999-cu il təvəllüdlü Davud Əlizadə xəsarət alıb.

Xəsarət alanlar rayon xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: