Türkiyənin “Kahramanmaraş İstiklalspor” klubunun daha bir futbolçusu zəlzələ nəticəsində vəfat edib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Saruhan Bolat 23 yaşında dünyasını dəyişib.
Daha öncə “Kahramanmaraş İstiklalspor”da oynayan Hakan Doğan və Taner Kahriman da zəlzələdə həlak olduğu açıqlanmışdı.
Fevralın 6-da baş vermiş zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.