Türkiyədə yenə zəlzələ olub

12:34 - 9 Fevral 2023 - DÜNYA

Fevralın 9-u səhər saatlarında Türkiyənin mərkəzi hissəsində 4,8 bal gücündə yeni zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında deyilir.

Yeraltı təkanlar saat 7:18-də ölkənin cənub-şərqində yerləşən Kahramanmaraş şəhərindən 44 kilometr aralıda 10 km dərinlikdə qeydə alınıb.

Xəbər xətti