Beynəlxalq Futbol Federasiyası (FİFA) 2022-ci ilin mayında komanda ilə müqaviləni birtərəfli qaydada pozan norveçli hücumçu Erik Botheim haqqında Krasnodarın şikayətini rədd edib və kluba 2022-ci il martın 11-dən hesablanmış faizlərə əlavə olaraq futbolçuya 500 min avro ödəməyi tələb edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Norveçin "VG" qəzeti məlumat yayıb.
FİFA-nın qərarına əməl edilmədiyi təqdirdə, Krasnodar üç transfer pəncərəsinə qədər yeni oyunçuların qeydiyyata alınmasına qadağa qoyulması ilə üzləşir. Rusiya klubunun qərardan şikayət etmək üçün 10 gün vaxtı var.
2022-ci ilin martında FİFA Rusiya klublarının futbolçularına Ukraynadakı vəziyyətlə əlaqədar müqavilələrini dayandırmağa icazə verib. 2022-ci il martın 3-də “Krasnodar”ın səkkiz əcnəbi futbolçusunun müqaviləsi dayandırılıb, baş məşqçi Daniel Farke ilə müqaviləyə xitam verilib. Bothheim klubu ilə müqaviləsini pozan ilk Krasnodar futbolçusu olub.
Qeyd edək ki, Kadi Borges "Krasnodar"a qış fasiləsində "Qarabağ"dan keçib.
Emin