Türkiyə cənubundakı Adana vilayətində Ceyhan neft terminalını yenidən açmaq qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə adı açıqlanmayan türk rəsmisinə istinadən Bloomberg agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, terminal yaxın vaxtlarda neftin qəbuluna və daşınmasına başlayacaq.
Qeyd edək ki, Türkiyənin dövlət şirkəti Botaş iki böyük zəlzələnin birincisindən sonra ehtiyat tədbiri olaraq terminalın fəaliyyətini dayandırıb.
Emin