Suriyanın baş naziri Hüseyn Ərnusun bacısı Nəsub Ərnus ölkənin mərkəzində yerləşən Həma şəhərində binanın uçması nəticəsində dünyasını dəyişib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Suriyanın “Əl-Vatan” qəzeti məlumat yayıb.
Məlumata görə, baş nazirin bacısı ilə birlikdə bir neçə uşaq və nəvəsi də dünyasını dəyişib.
Qeyd edək ki, bazar ertəsi Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,4 bal gücündə zəlzələ baş verib. Son məlumatlara görə, Türkiyədə ən azı 912 nəfər ölüb, 5300-dən çox insan yaralanıb.
Suriyada isə 326 nəfər ölüb, 1000-dən çox insan yaralanıb.
Emin