Ucnoqta.az
www.ucnoqta.az

Suriya baş nazirinin bacısı zəlzələdə ölüb

14:55 - 6 Fevral 2023 tarixində dərc olunub.

Suriyanın baş naziri Hüseyn Ərnusun bacısı Nəsub Ərnus ölkənin mərkəzində yerləşən Həma şəhərində binanın uçması nəticəsində dünyasını dəyişib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Suriyanın “Əl-Vatan” qəzeti məlumat yayıb.
Məlumata görə, baş nazirin bacısı ilə birlikdə bir neçə uşaq və nəvəsi də dünyasını dəyişib. 

Qeyd edək ki, bazar ertəsi Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,4 bal gücündə zəlzələ baş verib. Son məlumatlara görə, Türkiyədə ən azı 912 nəfər ölüb, 5300-dən çox insan yaralanıb.

Suriyada isə 326 nəfər ölüb, 1000-dən çox insan yaralanıb.

Emin

Müəllif: