Sabah bu yollar buz bağlayacaq

14:17 - 3 Fevral 2023 - ÖLKƏ İÇİ

Fevralın 4-də avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, ölkə ərazisində arabir duman ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacaq.

Gecə və səhər saatlarında isə dağlıq və dağətəyi rayonlarda şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yolların buz bağlayacağı ehtimalı var.

Xəbər xətti