Xankəndi-Laçın yolunda etiraz aksiyasının 54-cü günü

08:30 - 3 Fevral 2023 - ÖLKƏ İÇİ

QHT təmsilçiləri və ekofəalların Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda dekabrın 12-dən başlayan etiraz aksiyası 54 gündür davam edir.

Ucnoqta.az xəbər verir ki, havanın soyuq və şaxtalı olmasına baxmayaraq aksiya ötən gecə boyu da davam edib. Ötən gün Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Rusiya sülhməramlılara məxsus 95 təminat avtomobili Laçın yolundan təhlükəsiz olaraq hərəkət edib.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Etirazçıların əsas tələbləri RSK komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparması üçün lazımi şərait yaradılması, Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.


Emin

Xəbər xətti