"Mançester Yunayted" uruqvaylı futbolçu üçün 80 milyon ödəməyə hazırdır

23:00 - 2 Fevral 2023 - İDMAN

"Mançester Yunayted" "Real"ın yarımmüdafiəçisi Federiko Valverde ilə maraqlanır.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, mankunian klubu 24 yaşlı uruqvaylı futbolçu üçün 80 milyon avro ödəməyə hazırdır.

Yarımmüdafiəçi karyerasını İngiltərədə davam etdirmək arzusunda olsa da "kral klubu" Valverde ilə ayrılmaq istəmir.

Transfermarkt Valverdenin transfer dəyərini 100 milyon avro qiymətləndirir.

Federiko Valverde bu mövsüm bütün turnirlərdə 29 oyuna çıxıb, 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti