Səudiyyə Ərəbistanı klubu "Əl-Nəsr"ın portuqaliyalı futbolçusu Kriştiano Ronaldonun maaşının 90 faizi dövlət tərəfindən ödənilir.
Ucnoqta.az xəbər verir ki, belə təfərrüatlar "The Athletic"ə məlum olub.
Klub Ronaldoya cəmi on faiz ödəyir. “Bu, futbol tarixinin ən yaxşı oyunçularından biri ilə ünsiyyət qurmaq fürsətidir. Bu, klubumuz, Səudiyyə Ərəbistanı Krallığı və bütün region üçün tarixi bir məqamdır”, - məlumatda deyilir.
37 yaşlı Ronaldonun “Əl Nəsr”dəki maaşı bonuslarla birlikdə illik 200 milyon avrodur. Bu, portuqaliyalını dünyanın ən çox maaş alan idmançısı edir.
Ronaldo 30 dekabr 2022-ci ildə “Əl Nəsr”ə keçib. Portuqaliyalı ilə müqavilə iki illikdir.