44 müəllim iş yerini dəyişib
11:47 - 2 Fevral 2023 - ÖLKƏ İÇİ
Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsinin nəticələri iştirakçıların şəxsi səhifəsinə göndərilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb. Qeyd edilib ki, müsabiqə üzrə 44 müəllim iş yerini elektron platforma üzərindən qarşılıqlı olaraq dəyişib.
Qeyd edək ki, İnsan Resursları Mərkəzi tərəfindən ilk dəfə həyata keçirilmiş bu layihə dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlərə elektron platforma vasitəsilə iş yerini qarşılıqlı olaraq dəyişdirmək imkanı verir.