QHT təmsilçiləri və ekofəalların Xankəndi-Laçın yolunda dekabrın 12-dən başlayan etiraz aksiyası 52 gündür davam edir.
Ucnoqta.az xəbər verir ki, aksiya ötən gecə boyu da davam edib.
Aksiya iştirakçıları havanın soyuq və şaxtalı olmasına baxmayaraq Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına son qoyulmasını tələb edir, şüarlar səsləndirirlər.
Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarına məxsus 64 avtomobil, BQXK-ya məxsus isə 8 avtomobil maneəsiz olaraq hərəkət edib. Bu da Xankəndi-Laçın yolunun humanitar məqsədlər üçün açıq olduğunu göstərir.
Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Etirazçıların əsas tələbləri RSK komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparması üçün lazımi şərait yaradılması, Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.
Emin