Lənkəranda evdə kişi meyiti tapılıb.
APA xəbər verir ki, axşam saatlarında Lənkəran şəhərinin Heydər Əliyev prospekti dalan 4, ev 11 ünvanında kişi meyiti tapılıb.
Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası və rayonunun hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub. Meyitə baxış zamanı onun 1973-cü il təvəllüdlü Vüqar Eldar oğlu Novruzovun olduğu müəyyən edilib.
Yaxınları, ondan 2-3 gün idi xəbər olmadığını bildiriblər. Hazırda ölümün səbəbləri dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.