Rusiyanın Ukraynada itkiləri açıqlandı - Siyahı

10:54 - 31 Yanvar 2023 - DÜNYA

Son sutkada Ukrayna hərbçiləri daha 850 rus hərbçisini məhv edib. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ukrayna Müdafiə Qüvvələri 2022-ci il fevralın 24-dən 2023-cü il yanvarın 31-dək artıq 127 min 500-ə yaxın rus hərbçisini məhv edib. Bundan əlavə, 3201 tankını (+0), 6,378 (+9) zirehli döyüş maşınını,2,197 (+1)  artilleriya sistemlərini, 454 (+1) MLRS, 221 (+ 0) hava hücumundan müdafiə sistemlərini,  293 (+0) təyyarə, 284 (+0) vertolyotlar, 1 951 (+4) əməliyyat-taktiki PUA, 796 (+0) qanadlı raketlər,18 (+0)  gəmilər/qayıqlar, 5 048 (+7) avtomobil texnikası və tankerlər, 200 (+1) xüsusi texnikanı məhv edib.

Emin

Xəbər xətti