Terrorçunu zərərsizləşdirən Vasifin əməliyyatdan sonrakı - Fotosu

13:47 - 29 Yanvar 2023 - Cəmiyyət

Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı terrorçunu zərərsizləşdirən Vasif Tağıyev əməliyyat olunub.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən onun əməliyyatdan sonra çəkilən ilk görüntüsünü təqdim edir:

Qeyd edək ki, Vasifin əməliyyatı dörd saat yarım çəkib. Onun çiynində güllə yarası, çənəsində sınıq olub.

Xatırladaq ki, 27 yanvar saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki əməkdaş isə yaralanıb. 

 


Xəbər xətti