"Atletiko"nun baş direktoru Migel Anxel Gil Marin "Real Madrid"i hakimlərə illərlə təzyiq göstərməkdə ittiham edib.
Ucnoqta.az xəbər verir ki, onun sözlərini "Atletiko Madrid"in rəsmi saytı sitat gətirib.
“Qərar verənlər, səhv edərək onları incitsələr, onları nə gözlədiyini bilirlər. Onların fikrincə, onlara zərər verənlərə qarşı kampaniya aparmaq adi haldır”, - deyə funksioner bildirib. O, komandasının uğursuzluqlarına bəhanə axtarmadığını, bununla belə, İspaniya kubokunun qaymaqlılarla oyununda hakim qərarlarının “Atletiko”nun futbolçularını incitdiyini qeyd edib.
Yanvarın 27-nə keçən gecə ölkə kubokunun 1/4 finalında "Real Madrid" doğma meydanda "Atletiko Madrid"i 3:1 hesabı ilə məğlub edib. Qonaqların narazılığına səbəb görüşün 71-ci dəqiqəsində “Real Madrid”in yarımmüdafiəçisi Dani Sebalyosu hakimin meydandan qovması olub. Artıq sarı vərəqəsi olan futbolçu cərimə meydançasında kobudluq edib. Əvəzində “Atletiko”nun müdafiəçisi Stefan Saviç bir neçə dəqiqə ərzində iki vərəqə alaraq, əlavə vaxtda meydandan qovulub.
Real Madrid hazırda İspaniya liqasında yalnız "Barselona"dan sonra ikinci yerdədir. “Atletiko” dördüncü yerdədir.