Bayden İranla müharibəni istisna etməyib

22:30 - 27 Yanvar 2023 - DÜNYA

ABŞ prezidenti Co Bayden İran İslam Respublikası ilə müharibəni istisna etmir

Ucnoqta.az xəbər verir ki, Ağ Ev sözçüsü Əl-Hədas telekanalına bildirib.

O, müsahibəsində deyib ki, Prezident Bayden İranla hərbi ssenarini istisna etməyəcək.

Kanalın həmsöhbətinin sözlərinə görə, Amerika lideri İranla nüvə sazişinə qayıtmaq istəyir, lakin indi ona elə gəlir ki, bunun üçün ən yaxşı zaman deyil. O, həmçinin əlavə edib ki, İran tərəfi ilə danışıqlar Vaşinqton üçün prioritet deyil.

Bundan əvvəl İran prezidenti İbrahim Rəisi ABŞ-ı İranda etirazları və hökumət əleyhinə əhval-ruhiyyəni qızışdırmaqda ittiham edib.

Xəbər xətti