“İmamzadə kompleksi”ndə intihara cəhd etdi

10:07 - 27 Yanvar 2023 - HADİSƏ

Gəncədə qadın “İmamzadə kompleksi”ndə intihara cəhd edib.

“Qafqazinfo”nun məlumatına görə, 1967-ci il təvəllüdlü şəhər sakini M.Paşayeva dini abidə kimi tanınan kompleksə gəlib. Həmin ərazidə 3 litr sirkə içərək özünü öldürmək istəyib.

Ətrafdakı şəxslərin müdaxiləsi nəticəsində qadın xəstəxanaya çatdırılıb. Vəziyyəti ağırdır. Onun hansı səbəbdən intihara cəhd etdiyi məlum deyil.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

 

Xəbər xətti