Mingəçevirdə 14 gün qabaq qəzaya düşən yeniyetmə öldü

09:53 - 27 Yanvar 2023 - Cəmiyyət

Mingəçevirdə yol qəzasına düşən 14 yaşlı yeniyetmə ölüb.

Yanvarın 13-də Samux küçəsində Əhmədov Əhməd Heybətqulu oğlunun idarə etdiyi "Qaz 21031" markalı avtomobillə Hətəmov Ülvi Cəmşid oğlunun idarə etdiyi “Mercedes Benz C” markalı avtomobil toqquşub.

Nəticədə "Mercedes Benz C" markalı avtomobildə olan sərnişin 2009-cu il təvəllüdlü Rəsulzadə Turan Vüsal oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.///Apa

Xəbər xətti