Misirdə qədim Roma dövrünə aid şəhər tapıldı - FOTO

21:06 - 26 Yanvar 2023 - DİGƏR

Misirin cənubundakı Luksor şəhərində arxeoloqlar Roma dövründən qalan, tamamilə salamat qalmış qədim şəhər aşkar ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Egypt Today” məlumat yayıb.

Qeyd olunur ki, Misirin arxeoloji missiyası Luksorun qərb hissəsindəki Dra Əbu əl-Naqa qəbiristanlığında qazıntılar zamanı İkinci Ara Dövrün XIII sülaləsinə aid bir qrup ailə qəbirləri aşkar edib.

Arxeoloji qazıntılar zamanı missiya həmçinin bir sıra yaşayış məskənləri, eramızın II və III əsrlərinə aid iki göyərçin qülləsi, metalların istehsalı və əridilməsi üçün bir sıra emalatxanalar aşkar edib ki, onların içərisində bir neçə qazan, su butulkaları, kolbalar, saxsı qablar, üyütmə alətləri və Roma mis və bürünc sikkələrivar idi. 

Əvvəlki mövsümi qazıntılar zamanı missiya müxtəlif tarixi dövrlərə aid çoxlu amforalar, yəhərlər, tunc sikkələr və arxeoloji nişanlar tapıb.

Emin


Xəbər xətti