Aydın Caniyev həbs olundu

19:55 - 26 Yanvar 2023 - Xəbər

Jurnalist Aydın Caniyev həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Yasamal Rayon Məhkəməsində qərar çıxarılıb.

İşə hakim Murad Məmmədovun sədrliyi ilə baxılıb.

Əldə etdiyimiz məlumata görə, onun barəsində Baş Prokurorluq tərəfindən məhkəməyə təqdimat daxil olub. Aydın Caniyev haqqında İnzibati Xətalar Məcəlləsinin 388-1.1 maddəsi ilə bir ay müddətinə inzibati həbs qərarı verilib.

Məlumata görə, onun barəsində şikayəti jurnalist Eynulla Fətullayev verib. E.Fətullayev şikayətində Aydın Caniyev tərəfindən təhqir edildiyini göstərib.

E.Fətullayevin özü də bu barədə feysbuk hesabında paylaşım etsə də, ad açıqlamayıb.

Xəbər xətti