"Çelsi" Havertsi 50-60 milyon avroya sata bilər

13:13 - 26 Yanvar 2023 - İDMAN

Kai Haverts bu yay "Çelsi"ni tərk edə bilər.

Ucnoqta.az xəbər verir ki, London klubu 23 yaşlı hücumameyilli yarımmüdafiəçini gələn yay mövsümündə təxminən 50-60 milyon avroya satmaq istəyir. 

Qeyd olunur ki, "Bavariya"nın planlarında Havertsin transferi nəzərdə tutulmur. Alman klubu onu nə qışda, nə də gələn yayda heyətinə qatmaq istəmir, çünki komandada kifayət qədər hücumameyilli futbolçular var. "Bavariya" mərkəz hücumçu kimi Erik-Maksim Şupo-Motinq, Tomas Müller və Mathis Telldən istifadə etmək niyyətindədir.

“Çelsi” Havertsi 2020-ci ilin payızında təxminən 70 milyon avroya “Bayer”dən alıb.

Alman futbolçu bu mövsüm "Çelsi"nin heyətində bütün turnirlərdə 27 oyunda 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

Pünhan

Xəbər xətti