Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 46 gündür davam edir.
Ucnoqta.az xəbər verir ki, aksiya iştirakçıları Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına son qoyulmasını tələb edir, şüarlar səsləndirirlər.
Qeyd edək ki, Xankəndi-Laçın yolundan humanitar məqsədlə avtomobillər təhlükəsiz olaraq hərəkət edirlər.
Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Etirazçıların əsas tələbləri RSK komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparması üçün lazımi şərait yaradılması, Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.