"Everton"un sahibi Fərhad Moşiri klubu satmağa hazırdır.
Ucnoqta.az xəbər verir ki, milyarder klub üçün 500 milyon funt-sterlinqdən çox pul almaq niyyətindədir Artıq bir neçə potensial alıcı bu sövdələşməyə maraq göstərib.
2016-cı ildə Moşiri “Everton”un 49,9 faiz səhmni alıb. İki il sonra o, payını 68,6%-ə, 2019-cu ilin iyununda isə 77,2%-ə yüksəldib.
20 matçdan sonra mersisaydlılar Premyer Liqa cədvəlində 19-cu yerdədir. Ötən gün "Everton"un baş məşqçisi Frenk Lempard istefaya göndərilib.
Pünhan