Əli Əsədov qərar imzaladı

17:42 - 24 Yanvar 2023 - Xəbər

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavələrin verilməsi müddəti 2023-cü il martın 1-dək uzadılıb.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qeyd edək ki, bundan əvvəl bu müddət yanvarın 1-dək uzadılmışdı.

 

Xəbər xətti