Məşhur ukraynalı idmançı Donetskdə həlak oldu

17:05 - 24 Yanvar 2023 - DÜNYA

25 yaşlı ukraynalı fiqurlu konkisürən Dmitri Şarpar Baxmut (Donetsk vilayəti) yaxınlığında rus işğalçıları ilə döyüşlərdə həlak olub.

Ucnoqta.az xəbər verir ki, idmançının ölümü ilə bağlı Skate Ukraine Facebook səhifəsində məlumat yayılıb. Məlumata görə, idmançı yanvarın 23-də dünyasını dəyişib.

"Dmitri Ukrayna çempionatının gümüş mükafatçısı olub və 2016-cı il Yeniyetmələrin Olimpiya Oyunlarında ilk 10-luğa daxil olub", - məlumatda deyilir.

Xəbər xətti