Fransa prezidenti Emmanuel Makronun Rusiyanın Burkina-Fasodakı vəziyyətə guya müdaxiləsi ilə bağlı bəyanatı Parisin digər dövlətlərin daxili işlərinə qarışdığını deməyə əsas verir.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı Esvatinidən olan həmkarı Tuli Dladla ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
"Bu, xarici siyasətin prinsipləri ilə bağlı sualdır: biz başqa ölkələrin daxili işlərinə qarışmırıq və prezident Makronun bəyanatında açıq şəkildə deyilir ki, Fransa belə müdaxiləyə icazə verir və tətbiq edir", - Lavrov deyib.
Emin