Toyota və Lexus on minlərlə avtomobilini Rusiyadan geri çağıracaq

19:50 - 23 Yanvar 2023 - AVTO

Toyota Motor Rusiyada 47 min Lexus və Toyota avtomobilini geri çağıracaq

Ucnoqta.az xəbər verir ki, bu barədə Rosstandart öz saytında məlumat yayıb. Belə ki, Yaponiyanın “Toyota” şirkətinin Rusiya bazarındakı rəsmi nümayəndəsi “Toyota Motor” 47 mindən çox “Lexus” və “Toyota” avtomobillərini məlumatların ötürülməsi modulunun proqram təminatında nasazlıq riski səbəbindən geri çağırmaq qərarına gəlib.

Toyota Motor 28 noyabr 2020 tarixindən indiyədək Lexus, Toyota Camry, Corolla, ES 200, ES 250, ES 350, GX 460, Hiace, LC 300, LC PRADO, LS 350, LS 500, LX 500D, LX 600, NX 250, NX 250 modellərini geri çağırır.

Xəbər xətti